BDU-nun rektoru vəzifələrinin icrası prorektora həvalə edildi
16 Noyabr 2018 17:02 SosialBakı Dövlət Universitetinin (BDU) rektoru vəzifələrinin icrası universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilib.
Bunu Təhsil Nazirliyinin İctmaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.
C.Valehov universitetinin prorektorlarının da işdən azad edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov dünən vəzifəsindən azad edilib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31