Abel Məhərrəmovu o əvəz edir

Hazırda Bakı Dövlət Universitetinin rektoru vəzifəsini müvəqqəti olaraq professor Əmrah Dadaşov icra edir.

Əmrah Dadaşov 1967-ci ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasında, 1968-ci ildən isə universitetin Tarix fakültəsi Ümumi tarix kafedrasında laborant, 1981-ci ildən indiyədək isə Qədim dünya və orta əsrlər tarixi kafedrasında işləyib, kafedranın professorudur Qədim Şərq və Antik tarix fənlərini tədris edib, 100-dən çox məqalənin, 3 monoqrafiyanın, üç kitabın müəllifidir. Rektorluq tərəfindən BDU-nun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 9 dəfə təşəkkür alıb.

Maraqlıdır ki, Ə.Dadaşov prorektor deyil. Bu təyinat BDU-nun 5 prorektorunun da rektorla birgə işdən kənarlaşdırıldığı haqda ötən gün yayılan məlumatı təsdiqləyir.

Qeyd edək ki, A.Məhərrəmov ötən gün Prezident sərəncamı ilə vəzifədən azad edilib.

Minval.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31