Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib
16 Oktyabr 2018 13:46 SosialMənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Bakı şəhərində "Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər" mövzusunda regional seminar keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, seminarı giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov mənəvi dəyərlərin cəmiyyətdə və fərdlər arasında təbliğinin vacibliyi haqqında danışıb. M.İsmayılov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycanın möhkəm mənəvi təməllər üzərində qurulduğunu, bu təməllərin gənclər tərəfindən mənimsənilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edib. İcraçı direktor Fondun fəaliyyəti haqqında da geniş məlumat verib.
Seminar gəncləri maraqlandıran suallar və mövzu ətrafında müzakirələrlə öz işini davam etdirib.