Dövlət qulluqçusu olmaq istəyənlər oktyabrın 28-də imtahan verəcəklər
Dövlət qulluğu vəzifələri üzrə (B növü) oktyabrın 28-də keçiriləcək test imtahanında iştirak üçün onlayn qeydiyyat davam edir.
9 Oktyabr 2018 16:26 SosialDövlət qulluğu vəzifələri üzrə (B növü) oktyabrın 28-də keçiriləcək test imtahanında iştirak üçün onlayn qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən "olaylar"a daxil olan məlumata görə, oktyabrın 9-da saat 15:00-a olan məlumata əsasən, ümumilikdə 273 nəfər (BA - 66, BB - 207) qeydiyyatdan keçib. Xatırladaq ki, qeydiyyat oktyabrın 18-də başa çatacaq. İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqəsini qeydiyyat bitdikdən sonra qeydiyyat səhifəsindən yükləmək mümkündür.