"Toppuş bacı"nın canlı efirdə ürəyi getdi - VİDEO
9 Oktyabr 2018 05:41 SosialTeleaparıcı Zaur Baxşəliyevin təqdim etdiyi "Bizimləsən" verilişində gözlənilməz hadisə yaşanıb.
Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın proqramda ürəyi gedib.
Belə ki, eyni xəstəlikdən əziyyət çəkən 3 azyaşlının ona məktub yazması aktrisanı kövrəldib. Halı pisləşən aktrisa daha sonra özündən gedib. Əliyevanı canlı efirdə özünə gətirməyə çalışıblar.
Hazırda aktrisa həkim nəzarətindədir.(musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31