Bakıda 18 yaşlı gəlin itkin düşüb
9 Oktyabr 2018 05:04 SosialBakıda gəlin itkin düşüb.
Trend xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Xətai rayonu G.Şıxlinski küçəsi, ev 59-da yaşayan 1988-ci il təvəllüdlü Rzayev Emin Bəylər oğlu Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə müraciət edərək bildirib ki, oktyabrın 3-də səhər saat 10 radələrində onunla eyni ünvanda yaşayan həyat yoldaşı, 2000-ci il təvəllüdlü Həsənova Səbinə Rasim qızı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31