AzTU-da “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib

Oktyabrın 8-də Azərbaycan Texniki Universitetinin I kurs tələbələrinə Könüllü Gənclər Təşkilatının "Bir" Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, təşkilatın nümayəndəsi, bütün təqdimatların rəsmi aparıcısı Kamran Əliyev proqram haqqında ətraflı məlumat verərək bildirib ki, bu Proqram Azərbaycan tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri, dəyərləri çərçivəsində dostluq şəbəkəsidir.

Daha sonra AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev proqramın əhəmiyyətindən danışıb və gənclərə bu layihədə fəal iştirak etməyi tövsiyə edib.

Qeyd olunub ki, adını başlanğıc, dostluq, birlik və həmrəylikdən alan "Bir" Tələbə-Könüllü Proqramındakı bir-birindən maraqlı layihə, proqram, tədbirlər bir gəncin arzuladığı bilik və bacarıqları əldə etməyə, digər insanlara yardım əlini uzatmağa imkan yaradacaqdır. Ölkədə könüllülərin fəaliyyəti vahid məlumat bazasında sistemləşdirilir. Tələbənin könüllü olaraq dövlət əhəmiyyətli tədbirlərdə iştirakı gələcəkdə onun karyerasına müsbət təsir edə bilər.

Proqramı təmsil edən nümayəndələr tədbirdə iştirak edən digər tələbələrlə müxtəlif intellektual oyunlar keçirib, qalib tələbələrə hədiyyələr təqdim ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31