Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Abşeron rayonunda Abşeron, Sumqayıt, Xızı, Şamaxı, Qobustan şəhər və rayon sakinlərinin şikayət və müraciətlərini dinləyib.

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov  Abşeron rayonunda Abşeron, Sumqayıt, Xızı, Şamaxı, Qobustan şəhər və rayon sakinlərinin şikayət  və müraciətlərini  dinləyib.

Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, Abşeron rayon  Heydər Əliyev Mərkəzində baş tutan və  ümumilikdə 20-ə yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər  gənclər, idman və digər sahələri əhatə edib.

Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay- qış  istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər olub.

İdman sahəsi üzrə edilən müraciətlərə sırasına isə  fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, yeni Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM)   və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s mövzular daxil olub. 

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31