Xızı sakinləri kombayn çatışmazlığından əziyyət çəkir
1 İyul 2018 13:14 SosialBəzi rayonlarda kombayn çatışmazlığı problemi hələ də gündəmdədir.
Xızı rayon sakinləri də texnika sarıdan əziyyət çəkənlər sırasındadır.
Belə ki, rayonun bir sıra kəndlərində kombayn olmadığına görə sakinlər məhsulu yığa bilmir. Sakinlərin sözlərinə görə, onlarla hektar dənli bitki məhv olmaq təhlükəsilə üz-üzə qalıb. Bu da kənd təsərrüfatına ciddi ziyan vurur.
Qeyd edək ki, bənzər problem ölkənin digər rayonlarında da yaşanır. Bir neçə gün öncə Yevlaxda kombayn çatışmazlığı fermerlər və rayon regional nümayəndəliyinin direktoru arasında qarşıdurmaya səbəb olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31