Havanın temperaturu 45 dərəcəyə yüksəldi

Artıq bir neçə gündür ki, ölkə ərazisində anomal istilər hökm sürür. 

Olaylar.az xəbər verir ki, bu gün Sumqayıt-Giləzi yolunda havanın temperaturu 45 dərəcə müşahidə olunub.

Bu cür hava şəraiti xüsusilə meteohəssas insanların səhhətlərinə mənfi təsir göstərir. Əhaliyə məcbur olmadıqca günəş şüalarının altında qalmamaq tövsiyə olunur.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentdən verilən məlumata görə, anomal isti hava şəraiti iyulun 4-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31