Ruhi Əliyeva SAYT RƏHBƏRİ OLDU – FOTO
30 İyun 2018 14:00 SosialTrombosit purpura xəstəliyindən əziyyət çəkən Murad Nuriyev üçün xeyriyyə konserti keçirilib.
Publika.az xəbər verir ki, dünən Malakan bağında keçirilən konsertdə incəsənət və media nümayəndələri iştirak edib.
Tədbirin aparıcıları Zümrüd Bədəlova və Arzu Həmzəyeva olub. Konsertə Günay İbrahimli, Roza Zərgərli, Sevil-Sevinc Səfərova bacıları, Emil Bədəlov, skripkaçı Səlim, Rahidə Baxışova, Samirə Əfəndi və başqaları çıxış edib. Tədbirdə ümumilikdə 5 min manata yaxın pul yığılaraq M. Nuriyevin ailəsinə verilib.
Ruhi Əliyevanın təşəbbüsü ilə baş tutan xeyriyyə konsertində "Liatris" Holdinqin tərkibinə daxil olan "News24.az" xəbər portalının açılışı da elan olunub. Qeyd edək ki, adıçəkilən holdinqin rəhbəri Ruhi Əliyevadır. "News24.az" xəbər portalının redaktoru tanınmış jurnalist Türkan Məmmədli təyin olunub.