ŞOK! Başının böyük hissəsi qopan toyuq -10 gündür ki, yaşayır
30 İyun 2018 09:43 SosialMetbuat.az-ın verdiyi məlumata görə, Tailandda Mueang Ratchaburi bölgəsinin sakinləri başının böyük hissəsi qopmuş toyuğun yaşadığını görərək baytarlığa xəbər verib.
Bir heyvanın hücumu nəticəsində başının böyük qismi qopduğu güman edilən toyuq regiondakı baytarlıq klinikasında xüsusi nəzarətə alınıb.
Başının üstü hissəsi qopan, dimdiyi olmayan və yalnız dilinin bir qismini hərəkət etdirə bilən heyvana baxan baytar Supakadee Arin Thong toyuğu yemini dilinə qoyaraq bəsləyir.
Supakadee evcil olduğunu güman etdiyi heyvanın sağlam bir toyuq kimi hərəkət etdiyini deyib. Antibiotik istifadə edərək toyuğun mikrob düşmə riskini azaldan baytar heyvanın yaşama şansının az olduğunu, ancaq əlindən gələni etməyə davam edəcəyini deyib.
Başsız toyuğa yaşadığı müddətdə baxacaq birini axtardığını deyən Supakadee "Bu toyuq əsl döyüşçüdür" deyə bildirib. Qidalanması sağlam şəkildə davam edən toyuğun boyun hissəsi açıq olduğu üçün bir müddət sonra dilinin sallanmasından narahatdırlar.
1945- ci ildə ABŞ-da bir toyuq başı kəsik halda 18 ay həyatda qalaraq tarixə keçmişdi. Yuta ştatında yerləşən başsız toyuğu səhnə performansı təşkilatçısı Hope Uade yiyələnmiş və "Mike" adını vermişdi.