AMEA Professorlarının Koordinasiya Şurası yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Professorlarının Koordinasiya Şurası yaradılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edərkən deyib ki, şuranın yaradılmasında məqsəd AMEA-nın professorları üçün müəyyən edilmiş vəzifələrin icrasını təmin etmək, həmçinin AMEA professorlarının Akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirakına nail olmaqdır.

A.Əlizadə qeyd edib ki, AMEA-nın professorlarının qarşısında bir sıra mühüm vəzifələr müəyyən edilib. Onlar bu vəzifələrin həyata keçirilməsində fəal iştirak etməli, öz fəaliyyətində elmlə təhsilin inteqrasiyasına xüsusi diqqət ayırmalı, kadr hazırlığına və tədris prosesində elmi biliklərin və nailiyyətlərin təbliğinə, habelə innovativ fəaliyyətin inkişaf etdirilməsinə dəstək verməlidirlər.
Iclasda Rəyasət Heyətinin qərarıyla şura yaradılıb, əsasnaməsinin hazırlanması barədə tapşırıq verilib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31