Azərbaycanda günün ikinci zəlzələsi oldu

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, yerli vaxtla saat 14:57:56-də Saatlıda zəlzələ baş verib. Yeraltı təkanlar rayon mərkəzindən 24 km şimal-şərqdə qeydə alınıb. Maqnitudası 3.8 dərinliyi 39 km olan zəlzələ hiss olunmayıb.

AzVision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31