Dönər satışı ilə məşğul olan yerlərə müvafiq təlimatlar paylanacaq
29 İyun 2018 13:35 SosialAzərbaycanda dönər müəssisələri üçün müvafiq təlimatlar hazırlanır.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu təlimatlar bütün dönər satışını həyata keçirən müəssisələrə paylanacaq:
"Mən sizinlə razıyam ki, bu gün bir çox dönər evlərində sanitar-gigiyenik normalara riayət olunmur. Bu istiqamətdə də tədbirlərin görülməsi planlaşdırılıb".
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31