Aliment ödənilməsi yeni mexanizmlə həyata keçirilə bilər

Yeni mexanizm dağılmış ailələrə hansı təminatı verir?

Alimentin ödənilməsi ilə bağlı yeni mexanizm yaradıla bilər. Məlumata görə, aliment ilkin olaraq dövlət büdcəsindən ödəniləcək. Daha sonra isə icraedici şəxslər alimentin məbləğini faizi ilə birgə dövlət büdcəsinə qaytarmalıdır. Bunun üçün qanunvericilikdə dəyişiklər edilməlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aliment Fondunun yaradılması üçün Nazirlər Kabinetinə rəsmi şəkildə təklif göndərib. Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib ki, yeni mexanizmə görə, məhkəmə qərarı ilə məsulliyətə cəlb edilən şəxs alimenti ödəmədiyi təqdirdə məşğulluğa cəlb ediləcək. Fond daha çox vətəndaşın hüququnun qorunmasını, boşanma çərçivəsində qadının və uşağın təminatını yüksəldəcək. Maraqlıdır, hazırda aliment hansı qaydada ödənilir? Hüquqşünas Alim Hüeynli bildirib ki, aliment ödənilməsi barədə saziş  aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni numayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment odənilməsi barədə sazişin qanunla muəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur. Onun sözlərinə görə, aliment ödənilməsi barədə saziş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur:  "Aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması ucun razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Bununla yanaşı, aliment alanın maraqları pozulduqda aliment ödənilməsi barədə sazişin etibarsız sayıla bilər. Belə ki, alimentin odənilməsi barədə sazişdə nəzərdə tutulan təminatın verilməsi şərtləri azyaşlı uşağın, yaxud yetkinlik yaşına çatan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün maraqlarını pozursa, həmin saziş məhkəmə qaydasında etibarsız hesab oluna bilər.Bu saziş azyaşlı uşağın və ya yetkinlik yaşına catan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün qanuni nümayəndəsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfındən mübahisələndirilə bilər". Hüquqşünas əlavə edib ki, aliment ödənilməsi barədə saziş uzrə ödənilən alimentin miqdarı bu sazişin tərəflərinin razılığı ilə müəyyən olunur. Belə ki, aliment ödənilməsi barədə saziş üzrə yetkinlik yaşına catmayanlar üçün ödənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır. Aliment ödənilməsi barədə saziş üzrə alimentin miqdarının indeksasiyası həmin sazişə uyğun aparılır. Həmçinin, aliment üdənilməsi barədə saziş uzrə alimentin ödənilməsi qaydası və üsulları da həmin sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər.

Hüquqşünas bildirib ki, alimentin ödənilməsi və tutulmasının digər qaydası məhkəmənin qərarı ilə müəyyən edilir.Ailə uzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş şəxslər aliment tutulması barədə məhkəməyə muraciət edə bilərlər. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir: "Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiacının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qacırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar ucun aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi cıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini

nəzərə almalıdır. Yetkinlik yaşına catmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı

maddəsinə uyğun müəyyən edilir. Eyni zamanda, Şəxsin işlədiyi təşkilatın müdiriyyəti notariat qaydasında təsdiq edilən aliment ödənilməsi barədə saziş əsasında və ya icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əmək haqqı və ya başqa gəlirlər verilən gündən sonra ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur. Aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsi əsasında tutulan ümumi məbləğ aliment ödəməyə borclu olan şəxsin əmək haqqının və ya başqa gəlirlərinin 50 faizindən çox olduqda da aliment notariat qaydasında təsdiq olunmuş saziş əsasında tutulur. Aliment tutulması haqqında məhkəmənin qətnaməsinə və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş sazişə əsasən aliment tutan muəssisənin müdiriyyəti qətnamənin icra olunduğu yerdə məhkəmə icracısına və aliment alan şəxsə aliment verən şəxs işdən cıxdıqda onun işdən cıxması haqqında, habelə məlum olduqda onun yeni iş və yaşayış yeri haqqında 3 gün müddətində məlumat verməyə borcludur. Aliment verməyə borclu olan şəxs iş və ya yaşayış yerinin dəyişməsi haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə qazancı haqqında həmin müddətdə məhkəmə icracısına məlumat verməlidir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31