Gənclər Dayanıqlı İnkişaf Məqəsdləri haqqında maarifləndiriliblər

"Bizim Gənclik" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə birgə həyata keçirilən "Gənclər arasında Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi" layihəsi çərçivəsində cari ilin iyun ayı ərzində gənclərlə görüşlər keçirilib.

İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, 3, 99 və 115 nömrəli tam orta məktəblərində keçirilmiş tədbirlərdə gənclər Dayanıqlı İnkişaf Məqəsdləri haqqında maarifləndiriliblər. Tədbirdə Dayanıqlı İnkişaf Məqəsdlərinin əsasını təşkil edən ekologiya, sağlamlıq, qadın-kişi bərabərliyi, inovasiya mövzularına toxunulmuş beyin həmləsi, oyun və sual-cavaba xüsusi yer ayrılıb. Bununla yanaşı lazimi sosial mesajın çatdırılması məqsədi ilə çap olunmuş "Dayanıqlı İnkişaf Məqsədləri və Azərbaycan gəncliyi" adlı bukletlər gənclər arasında paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31