"Beş ildə əlillərin sayı 100 min nəfər artıb" - Deputat
22 May 2018 15:51 SosialAzərbaycanda son 5 ildə əllilərin sayı 100 000 nəfər artıb.APA-nın məlumatına görə, bunu MM-in Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Rauf Əliyev bildirib.O qeyd edib ki, eyni müddətdə təkcə Bakıda əlillərin sayı 20 000 nəfər artıb: "Mən deyə bilmirəm bunların hamısının əlil olması düzgündür, ya yox. Amma fakt odur ki, bu, təcili həllini gözləyən problemdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31