Sitrus meyvələri insan orqanizmi üçün hansı fəsadlar yarada bilər?

Bu növ məhsullar antisanitar şəraitdə satılır Ölkənin qapalı ticarət mərkəzlərində özünə daim yer alan sitrus meyvələri artıq paytaxtın müxtəlif rayonlarında təşkil edilən kənd təsərrüfatı yarmarkalarında da peyda olub. Məsələ orasındadır ki, satşa çıxarılan sitrus meyvələri xüsusi piştaxtalarda deyil, elə tozlu-torpaqlı ərazilərdə yerləşdirilir. Üstəlik satıcıların sərtliyi ucbatından bu növ məhsulların keyfiyyətini də müəyyən etmək mümkün olmur. Satıcılar tərəfində ya məhsul seçiminə imkan verilmir, ya da alınan keyfiyyətsiz malın geri qaytarılması əməlli-başlı problem yaradır.

Bu növ məhsullar antisanitar şəraitdə satılır

Ölkənin qapalı ticarət mərkəzlərində özünə daim yer alan sitrus meyvələri artıq paytaxtın müxtəlif rayonlarında təşkil edilən kənd təsərrüfatı yarmarkalarında da peyda olub. Məsələ orasındadır ki, satşa çıxarılan sitrus meyvələri xüsusi piştaxtalarda deyil, elə tozlu-torpaqlı ərazilərdə yerləşdirilir. Üstəlik satıcıların sərtliyi ucbatından bu növ məhsulların keyfiyyətini də müəyyən etmək mümkün olmur. Satıcılar tərəfində ya məhsul seçiminə imkan verilmir, ya da alınan keyfiyyətsiz malın geri qaytarılması əməlli-başlı problem yaradır. Nəzərə almaq lazımdır ki, istehsalının mövsümi хaraкter daşımasına baхmayaraq, süfrəmizin ayrılmaz hissəsi olan sitrus meyvələri ilboyu gündəlik qidalanmada istifadə olunurlar. Xatırladaq ki, kənd təsərrüfatında özünəməxsus yeri olan sitrus meyvə bitkilərinin becərilməsi üçün ölkəmizin cənub bölgəsində əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olması sitrusçuluğun inkişaf etdirilməsini zəruri edib. Sitrus bitkiləri qrupuna aid olan naringi, portağal və limon müvafiq xarici mühit və xüsusi texnoloji qulluq tələb etdiyi üçün Azərbaycanda məhdud ərazidə (Lənkəran iqtisadi rayonu) becərilməsinə baxmayaraq, sitrus meyvələrinin istehsalı ölkənin kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edir.Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Ppoqramı qəbul edilib. Dövlət Proqramının məqsədi ölkədə sitrus meyvələrinə olan tələbatın daha dolğun ödənilməsi, istehsal edilmiş məhsulların ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin və maddi rifahının yüksəldilməsi üçün sitrus meyvəçiliyinin inkişafını stimullaşdırmaqdan ibarətdir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti xəbərdarlıq edir ki, keyfiyyətsiz sitrus meyvələri insan orqanizmi üçün təhlükəlidir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, keyfiyyətli sitrus meyvələri istehlak etmək istəyən alıcılar onların saxlanma şəraitinə xüsusi fikir verməlidir. Belə ki, saxlanma zamanı onlarda suyun buxarlanması, istilik ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər getdiyindən onların keyfiyyətində dəyişikliklər baş verir. Ona görə də ticarət obyektlərindən bu məhsulları aldıqda qeyd olunan məsələlərə diqqət etmək lazımdır.
Bu meyvələrin keyfiyyətinə əmin olmaq üçün ilk öncə onların görünüşü nəzərdən keçirilməlidir. Ticarət şəbəkələrindən sitrus meyvələri alarkən onların zədəsiz olmasına, saxlanma müddətində əmələ gələ bilən xəstəliklərin əlamətlərinə və s. məsələlərə fakir verilməlidir. Qablaşdırılan şəkildə satılan sitrus meyvələri içərisindən keyfiyyətsiz mal aşkar olunarsa onları keyfiyyətlis ilə dəyişmək hər bir alıcının hüququdur.

Xidmətdən  həmçinin bildirilib ki, sitrus meyvələri sədovkimilər fəsiləsinə, narıncı və ya qızılmeyvəlilər yarımfəsiləsinə aiddir. Böyük xalq təsərrüfatı əhəmiyyətinə malik sitrus meyvələri zəngin kimyəvi tərkibi, yüksək qidalılığı, diyetik və aromatik xüsusiyyətinə görə çox qiymətlidir. Vitaminlərlə zənginliyi, efir yağlarına malik olması, saxlanma və emal zamanı tərkibin nisbətən sabit saxlanması bu bitkilərin əhəmiyyətini daha da artırır.
Çox həssas və kövrək xüsusiyyətə malik olan bu meyvələrin dünyanın subtropik və tropik zonalarında yayılmış 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri təzə halda yeyilir və onlardan şirə, mürəbbə, kompot, cem, povidlo və sair hazırlanır. Sitrus meyvələri çəyirdəkli meyvələrdən fərqli olaraq ağacdan yerə tökülmürlər və uzun müddət ağacda qalmaq qabiliyyətinə malikdirlər. Lakin bunun mənfi xüsusiyyətləri də vardır. Məsələn, uzun müddət ağacda qalan limon öz rəngini və tamını itirir. Naringi, portağal və limon ölkəmizdə becərilən əsas sitrus meyvələridir. Bunların içərisində ən geniş yayılmışı naringidir. Bu da onun digər meyvələrlə müqayisədə soyuğa daha çox davamlı olması ilə bağlıdır. Sitrus meyvələrində qabığın qalınlığı onların saxlanılması cəhətdən əlverişlidir. Belə ki, qabığı qalın olan bu meyvələri daha uzun müddətə saxlamaq mümkündür. Eyni zamanda qabığın qalınlığı ətli hissənin azalmasına səbəb olur. Saxlama müddəti saxlama şəraitindən və temperaturundan asılı olaraq portağalda 2 aydan 4 ayadək, limonda 1 aydan 6 ayadək, naringidə iki həftədən bir ayadək, qreypfrutda isə təxminən 1 aydan 3 ayadək təşkil edir. Sitrus meyvələrinin istehlakçıya keyfiyyətli halda çatdırılmasında onların qablaşdırılması və daşınmasının əhəmiyyəti böyükdür. Ticarət şəbəkələrinə sitrus meyvələri yeşiklərə və ya korobka qutulara yığılaraq furqon və ya yük maşınlarında daşınır. Daşınarkən üstü mütləq örtülməlidir. Onların qablaşdırıldığı yeşiklər mütləq markalanmalıdır. Markalanmada onların növü, xalis çəkiləri, qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunmalıdır. Taralarda daşınması və saxlanması bu məhsulların istehlakçılara daha keyfiyyətli şəkildə çatdırılması məqsədi daşıyır.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31