ETSN: "Bayılda evlərin dağılmasına yamacın antropogen yüklənməsi səbəb olub"

"İlkin ehtimala görə, Bayıl yaşayış sahəsi, Buxta küçəsində evlərin dağılmasına yamacın antropogen yüklənməsi səbəb olub".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyanın dəstə rəisi Rafiq Həsənov deyib.


O qeyd edib ki, kanalizasiya xətlərindən sızmalar ərazinin geologiyasını təşkil edən suxurların yuyulmasına təsir edib: "İlkin rəy budur, araşdırmalar davam etdirilir. Buna birmənalı olaraq sürüşmə hadisəsi demək olmaz. Antropogen təsirdən qrunt aşınıb, çöküb".

Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31