İstedadlar axtarılır

Bakı Xətai Sənət Mərkəzində "İstedad sorağında-3" adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

Olaylar.az bildirir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə gerçəkləşib. "Xalq Cümhuriyyəti İli" çərçivəsində reallaşan sərgi istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, habelə yetişməkdə olan nəslin təsviri sənətə marağının artırılması məqsədi daşıyır.

Müsabiqəyə qatılan 250-yə yaxın həvəskar və rəssamın, 400-dən çox əsəri ilə baş tutmuş musabiqənin yekun sərgisində 60-a yaxın iştirakçının 65-ə qədər işi nümayiş olundu.

Tədbiri Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov tədbir iştirakçılarını salamladı.Bundan başqa, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Xətai Rayon İcra Hakimiyyətinin müavini Pənah İmanov,Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış etdilər.

Qaliblər üçün üç əsas mükafat, 6 həvəsləndirici mükafat təqdim olundu. Eləcə də müxtəlif nominasiyalar üzrə arı-ayrı idarə və təşkilatların mükafatlarının verilməsi mərasimi baş tutdu. Eyni zamanda "Mədəniyyət" qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulduğu qeyd olundu

Sərgilənən əsərlərin müəllifləri diplomla təltif olundu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31