Rusiyada özünə yuva qurmuş milli satqınlarımız
16 May 2018 11:50 SosialArtıq bir neçə ildir ki, Rusiyadakı Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti adlı qurumun rəhbərliyinin Azərbaycanın maraqlarından daha çox, ölkəmizə düşmən kəsilən qüvvələrin, xüsusilə də ermənilərin maraqlarına xidmət etdiyi kimi mənfi tendensiya müşahidə edilməkdədir. Xüsusilə, 2013-cü ildən müşahidə etdiyimiz bu mənfi tendensiya son aylar özünü daha qabarıq şəkildə büruzə verir. Bu günlərdə adıçəkilən qurumun rəhbərliyinin ermənilərə sevgini özündə əks etdirən açıqlamalar verməsi, eləcə də təşkilatın Moskva regional bölməsinin rəhbəri Ağadadaş Kərimovun övladının erməni ilə ailə həyatı qurması deyilənlərin sübutudur.
Qeyd edək ki, Azərbaycan cəmiyyətində şok effekti yaradan bu hadisəyə iştirakçı tərəflər haqq qazandırmaqdan belə çəkinməyiblər. Yayılan məlumatlara görə, Rusiyadakı Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova təşkilatın Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimovu erməni ilə qohum olduğuna görə dəsttəkləyib. Belə ki, Ağadadaş Kərimov özü xislətində olanları toplayaraq yığıncaq keçirib erməni ilə qohum olmasına bir daha haqq qazandırıb.Bu azmış kimi o, Azərbaycanın işğal altında olan torpaqlarının onunla heç bir bağlılıq təşkil etmədiyini vurğulayıb: "Azərbaycanda şəhid olanlar mənim üçün şəhid olmayıb və uğrunda döyüşülən torpaqlar da mənim deyil. Mən qarabağlı da deyiləm ki, torpaqları qorumağa haqqım çatsın. Gücləri çatırsa, öz torpaqlarını özləri qorusun. Mən Rusiya vətəndaşıyam, Qarabağı gedib qarabağlılar qorusun".
Yığıncaqda iştirak edən Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadiqova qızını erməniyə ərə verən azərbaycanlı sədrin fikirlərinə haqq qazandırıb. M.Sadıqova Kərimovun erməni ilə quda olmasına uzun uzadı haqq qazandırandan sonra deyib: "Ağadadaş Kərimov qızını erməniyə ərə verib, lap əcəb edib. Mən sevənlərin arasına müdaxilə etməyə qarşıyam. Sevgi azaddır. Heç kəs sevgiyə qarşı olmamalıdır. Bununla yanaşı, erməni və Azərbaycan xalqı arasında düşmənçilik olmamalıdır. Biz ermənilərlə yenidən barışıb bir masa ətrafında oturmalıyıq. Yenidən xeyir və şərimizdə bir-birimizin yanında olmalıyıq. Çünki biz tarixən mehriban xalq olaraq yaşamışıq".
Qeyd etdiyimiz kimi "soydaşlarımızın" bu addımı Azərbaycan cəmiyyətində ciddi etirazla qarşılanıb.
Müstəqil ekspert Rövşən Məmmədli deyib ki, Ağadadaş Kərimov timsalında Nəriman Nərimanovlar peyda olub "Bahadur və Sona" yaradırlar: "Sonda da Zəngəzur, Dərələz və Göyçəni ermənilərə "bəxşiş" edirlər. Mehriban Sadıqova kimi kökünə bağlı olmayan, milli şüurdan axtalanmış, vətənpərvərlik hissləri korşalmış şəxslər ortaya çıxıb deyirlər ermənilərlə barışıb, bir masa ətrafinda oturmalıyıq, xeyir-şərimizdə bir-birimizin yanında olmalıyıq. Çünki biz "tarixdə" ermənilərlə mehriban olmuşuq. Baxın Nərimanov torpaqları dekretlə Ermənistana verdi, .sonra da "Bahadur və Sona" nı ortaya qoyub xalqı yatırtdı.. 60 il sonra isə ermənilər bütün azərbaycanlıları o torpaqlardan qovub tarixi Türk torpağında Türksüz Ermənistan yaratdılar. İndi hələ Xocalı qətliamının əzablarını yaşayanlar sağ olduğu halda, Dağlıq Qarabağ və ətrafı Nijdeh təfəkkürlü erməni işğalında ikən Mehriban Sadıqovalar peyda olub "Nərimanovçuluq" edirlər. Bu siyasət haradan qıdalanır? Krem və İrəvandan. Rusiya qarşısına məqsəd qoyub, Qafqazdan zaman -zaman azərbaycanlıları qovub yerlərinə onlara baş əyən erməniləri dolduracaq və Qafqazı əbədi əlinə keçirəcək. Ermənilərə də hələlik Rusiyanın bu dəliliyi lazımdır deyə onun əli ilə Qafqaza tam sahib çıxandan sonra Rusiyaya bir əlin iki barmağının ortasından çıxan üçüncü barmaq işarəsini verəcəklər. Ancaq bu daha bizə təsəlli olmayacaq, çünki, onda biz Orta Asiya qumsallıqlarında gözümüzə dolan qumları arıtdamaqla məşğul olacağıq. Gəlin o qumlar gözümüzə dolmamış bu kor gözlərimizi geniş açaq". Rövşən Məmmədli deyib ki, Qarabağı bizdən alıb ermənilərə vermək istəyənlərin arxasında çox hiyləgər Kreml və İrəvan işbazları dayanıb: "Rusiya xarici işlər naziri Sergey Lavrov kimi dərin düşmənlərimiz dayanıb. Həmçinin bu vətənsiz,nankor ermənilərin özlərinə "Böyük Ermənistan" qurmaq kimi planlarını həyata keçirərkən süni gedişləri yaxşı bacardıqları oyunları da dayanır". Ekspert bildirib ki, içimizə bu ötən 26 ildə doldurulmuş Ağadadaş Kərimovlar, Mehriban Sadıqovalar kimi satqınklardan qurtulmağın vaxtıdır: "Sabah gec olacaq. Unutmayın ki, ermənilər hər tarixi fürsətdə bizdən xeyli torpaq qopardır, bu zaman başımızı kor bıçaqla kəsirlər, ancaq sonra o qopartqıqları torpaqları özlərininkiləşdirməyə başlayanda bizimlə "dostlaşır", "kirvələşir", xeyir şərimizdə "bilikdə" olurlar. Bu ermənilərin bizdən bütün Azərbaycanı hissə-hissə almaq istədikləri taktiki gedişdir. Yalandırsa baxın tariximizə...İrəvan necə getdi..ermənilər 300 minlik nizami ordu yaradıb hər yerdə başladılar bizi qırmağa . Bunun sonucunda xalq tamam qırılmasın deyə İrəvan getdi. Sonra Zəngəzurda Hijdehlə Dro qısa müddətdə 115 azərbaycanlı kəndini yer üzündən itirdi, qalanlarını isə qovub Araz qırağına tökdü. Sonucda o torpaqlar getdi. Sovertlər dönəmində bizimlə "dostlaşan" bu Nijdeh təfəkkürlü erməni daşnakları Qarabağı oda tutdular, tariximizə Xocalı qeyrətsizliyini yazdılar. İndi Qarabağı işğal edən ermənilər onu hüququ cəhətdən həzm edə bilmirlər. Digər tərəfdən "Madrid Prinsipləri" kimi beynəlxalq hüquqa zidd olan sənəd hazırlayıb bu bicbala prinsiplərlə Qarabağımızı hüquqi cəhətdəndə xeyirlərinə həll etmək istəyirlər.. İndi nə qədər Kərimovlar, Sadıqovlar yetişib".
Füzuli