Paşinyan: Yeni Konstitusiyanın mətni bazar ertəsi dərc olunacaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı yeni Konstitusiya layihəsinin mətninin bazar ertəsi Ədliyyə Nazirliyi tərəfindən dərc ediləcəyini və həmin gün xalqa müraciət ünvanlayacağını açıqlayıb. Konstitusiya referendumunun keçirilməsi üçün çatışmayan 6 səsin təmin olunması məqsədilə müxalifəti layihəyə səs verməyə çağıran Baş nazir bildirib ki, xalq sənədin əleyhinə səs verərsə, o, istefa verəcək. Paşinyanın sözlərinə görə, vətəndaşlar yeni Konstitusiyanı dəstəkləyəcəyi təqdirdə isə o, növbəti seçkilərdə baş nazir postuna namizədliyini irəli sürməməyə hazırdır. 

Baş nazir əlavə edib ki, müxalifət referendumun keçirilməsinə razılıq verməsə, növbədənkənar seçkilərə gediləcək və nəticədə hazırkı iki müxalifət qüvvəsinin heç biri parlamentə düşməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31