“Heydər Əliyev və müstəqil Azərbaycan” adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

MDB ParlamentlərarasıAssambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun (MDB PAA DİMBİ) Bakı filialı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil edilən “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı inşa yazı müsabiqəsi qaliblərinin 15 may 2018-ci il tarixində mükafatlandırılması mərasimi keçirilib.

MDB ParlamentlərarasıAssambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun  (MDB PAA DİMBİ) Bakı filialı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil edilən "Heydər Əliyev və müstəqil Azərbaycan" adlı inşa yazı müsabiqəsi qaliblərinin  15 may 2018-ci il tarixində  mükafatlandırılması mərasimi keçirilib.

Bu barədə MDB PAA DİMBİ Bakı Filialının mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, inşa yazı müsabiqəsinin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar olaraq onun  zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi olub.Müsabiqə işlərinin qiymətləndirilməsindən sonra, 1-ci, 2-ci və 3-cü yerləri tutan qaliblər müəyyən olub, onlara və fərqlənən daha iki iştirakçıya diplom, hədiyyələr təqdim edilib. İnşa yazı müsabiqəsi Bakı şəhəri Nərimanov rayonunda həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31