700 bal toplayan Zeynəb:  “Repetitor yanına getməmişəm”

“Xəbəri eşidəndə çox həyəcanlandım. Sual kitabçasına əsasən 700 bal toplayacağımı bilirdim. Lakin yenə də ehtiyyat edirdim”. Bu sözləri  İmtahan Mərkəzinin (DİM) 3-cü ixtisas qrupunun abituriyentləri üçün keçirdiyi qəbul imtahanında 700 bal toplayan Bakı şəhəri Nəsimi rayon Texniki-Humanitar liseyinin məzunu Zeynəb Quluzadə deyib.

 

"Xəbəri eşidəndə çox həyəcanlandım. Sual kitabçasına əsasən 700 bal toplayacağımı bilirdim. Lakin yenə də ehtiyyat edirdim".

Bu sözləri  İmtahan Mərkəzinin (DİM) 3-cü ixtisas qrupunun abituriyentləri üçün keçirdiyi qəbul imtahanında 700 bal toplayan Bakı şəhəri Nəsimi rayon Texniki-Humanitar liseyinin məzunu Zeynəb Quluzadə deyib.

Zeynəb sənədlərini Azərbaycan Diplomatik Akademiyasına verəcəyini bildirib: "Hüquqşünaslıq fakültəsində təhsil almaq istəyirəm. Nə repetitor yanına, nə də kursa getmişəm. Məktəbimizdə təhsil yaxşı olduğu üçün hazırlığa getmədim. Məktəb təhsili ilə 700 bal toplamışam".

Qeyd edək ki, Zeynəb Quluzadə 11 il ərzində əla qiymətlərlə oxuduğu üçün Təhsil Nazirliyinin qızıl medalına namizəddir.

Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31