Batumi Dövlət Universitetinin əməkdaşları MEK-də
Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetinin (BDU) əməkdaşları – universitetin Slavyan Tədqiqatları şöbəsinin professoru Marina Aroşidze və Şərqşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru Emzar Makaradze AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər.
16 May 2018 09:34 SosialGürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetinin (BDU) əməkdaşları - universitetin Slavyan Tədqiqatları şöbəsinin professoru Marina Aroşidze və Şərqşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru Emzar Makaradze AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər.
Olaylar.az bildirir ki, müşahidəyə kitabxananın qeydiyyat prosesindən başlayan ziyarətçilər Sərgi salonunda "Heydər Əliyev - 95", "Azərbaycan Xalq Cümhuriyyəti - 100", "İlham Əliyev", "Xocalı soyqırımı", "31 Mart soyqırımı" mövzusunda nümayiş etdirilən sərgilərlə, eləcə də Oxu zalları, Nadir kitab fondu, Dövri mətbuat fondu, Yardımçı fondlar, Diplomatik Fondda mühafizə olunan Azərbaycan və dünya mədəniyyətini, tarixini əks etdirən sənədlərlə tanış olublar. Ziyarətçiləri Fondların formalaşdırılması bölməsinin əməkdaşları - Gülnar Məmmədova və Xədicə Ağayeva müşayiət edib.
Sonra qonaqlar Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova ilə görüşüblər. L.İmanova kitabxananın tarixi, fəaliyyəti, strukturu, yenilənmiş iş prinsipləri haqqında ümumi məlumat verib. Maraqlı ekskursiyaya və qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirən Gürcüstanlı qonaqlar sonda xatirə fotosu çəkdiriblər.