Əli bəy Hüseynzadənin İstanbuldakı məzarı ziyarət edildi
14 May 2018 14:33 SosialBu gün görkəmli mütəfəkkir, milli azərbaycançılıq məfkürəsinin banilərindən olan, "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" ideologiyasını irəli sürmüş Əli bəy Hüseynzadənin İstanbulda Qaraca Əhməd məzarlığınadakı qəbri millət vəkili Çingiz Qənizadə, Azərbaycanın İstanbul Baş Konsulu Məsim Hacıyev, diplomatlar və İstanbulda yaşayan Azərbaycan İcmasının qabaqcıl nümayəndələri tərəfindən ziyarət edilib.
Əli bəy Hüseynzadənin həm Azərbaycan, həm də Türk dünyası üçün necə böyük şəxsiyyət olması bir daha vurğulanıb, məzarı üzərinə əklil və gül dəstələri düzülüb.
Mehdi Səlimov


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31