Azərbaycanda Ramazan ayının başlayacağı tarix müəyyənləşdi

Azərbaycanda müsəlmanların müqəddəs Ramazan ayının 1-i mayın 17-nə təsadüf edir.Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Publika.az-a verilən məlumata görə, bu, idarənin tərtib etdiyi təqvimdə əks olunub.Təqvimə görə, Ramazan ayının son günü iyunun 14-ə təsadüf edir. Ramazan bayramı, Şəvval ayının 1-i və 2-si isə iyunun 15-16-a təsadüf edir. Sabah QMİ-də Ramazan ayının başlanması ilə bağlı Qazilər Şurasının fətvası açıqlanacaq. (apa)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31