“ASAN xidmət” və “ASAN Kommunal” AÇIQLADI - 9 may qeyri - iş günüdür
7 May 2018 15:56 Sosial9 may Qələbə Günü münasibətilə "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.
Olaylar.az bildirir ki, 10 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, hazırda 13 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.
Həmçinin, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi fəaliyyətdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00