Təhsil Nazirliyinin əməkdaşları arasında yarış keçirilib

Təhsil Nazirliyinin əməkdaşları arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə çempionat keçirilib. 

"OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, çempionat nazirliyin əməkdaşları arasında komanda ruhunu gücləndirmək və onların asudə vaxtını birlikdə səmərəli təşkil etmək məqsədi daşıyır.

19 komandanın iştirak etdiyi yarış hər birində 10 sual olmaqla 3 turdan ibarət olub. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda birinci yeri Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin "VET" komandası, ikinci yeri Beynəlxalq əməkdaşlıq şöbəsinin "Böyük Altılıq" komandası, üçüncü yeri isə Təhsilin inkişafı proqramları şöbəsinin "Qartal" komandası qazanıb.

Qalibləri təbrik edən təhsil naziri Ceyhun Bayramov kollektiv arasında belə intellektual yarışların təşkil olunmasının əhəmiyyətini qeyd edib, sağlam mübarizə ruhunda keçirilən çempionatın davamlı olmasını diqqətə çatdırıb.

Qalib komandalar diplom və kubokla təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31