Dünya ulduzları dərilərinə qulluq üçün hansı vasitələrdən istifadə edirlər...?

Hər qadın istəyər ki, daha gözəl dəriyə sahib olsun. Bunun üçün dəriyə düzgün qulluq  qaydalarına əməl etmək lazımdır. Görəsən dünya ulduzları hansı vasitələrdən istifadə edirlər. Moderator.az-ın  bu mövzuda araşdırmasını sizlərə təqdim edirik.Canuari Cons cildə qulluq vasitələrini istifadə etməyi çox sevdiyini bildirib: "uzun illərdir Avene cildə qulluq vasitələrini və Sisley firmasının tonikindən istifadə edirəm".Hillari Daf gecələr makiyajını təmizləmədən yatmadığını qeyd edib: " daha çox Dr. Lancer in dəriyə qulluq vasitələrini, və yağları istifadə edirəm. Mənə görə ardıcıl masaj və qulluq dərinizi dəyişdirib daha gözəl görünməsinə səbəb ola bilər"Emmi Rossam Clarisonicin dərisini təmizləmək üçün əla bir vasitə olduğunu vurğulayır, ancaq bununla yanaşı onun tək favorisi sabun olduğunu da qeyd edir: "Bilirəm ki, kosmetoloqlar bunu eşitdikdən sonra infarkt keçirə bilərlər. Ancaq etiraf edirəm ki, mən bir sabun qızıyam".Kristen Bell sabahları üzünü yumadığını və yatmazdan öncə mütləq duşa girdiyini bildirir: " çox quru və həssas bir dəriyə sahibəm, ancaq gecələr dərimdəki yağ üzə çıxır. buna görə də hər gecə duş qəbul edirəm ki, cildimdəki gözənəklərin açılmasına, eyni zamanda da yağdan azad olmağıma köməklik etsin".

Oliviya Vilde ana olduqdan sonra dərisinin daha da gözəlləşdiyini bildirir.

Sara Hayland daha çox Neutrogena məhsullarından istifadə etdiyini deyir: "üzümü çox yumağı sevmirəm, ancaq bu firmanın məhsulları dərimin təmizlənməsinə kömək edir".

Monica Potter dərisini kokos yağı ilə təmizlədiyini qeyd edib: " bu həm ucuz, həm də faydalı məhsuldur. Ancaq dəriniz yağlıdırsa məsləhət bilmirəm".

Eva Qrin dəriyə qulluq vasitələrini tez- tez dəyişdiyini, ancaq son zamanlar Skin Ceuticals markasının məhsullarını da bəyəndiyini deyir. 

Lucy Hale yorğun iş gününün sonunda evə girərkən ilk gördüyü iş makyajının təmizləmək olduğunu bildirir: "daha sonra sıra ilə üz üçün serumları və göz kremlərindən istifadə edirəm. Həqiqətən də bu cür məhsullara qarşı takıntılıyam"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00