Sağlam qidaya üstünlük verənlər PSİXOLOJİ XƏSTƏLƏRDİR - Qəribə alim rəyi
5 May 2018 15:41 SosialPsixiatriya elminin banilərindən biri, dərin psixologiyanın banisi isveçrəli alim Karl Qustav Yunqun bu fikirləri hələ də dünya psixiatriyasının maraq dirəsindədir.
Publika.az xəbər verir ki, Yunqun fikrincə, psixoloji cəhətdən xəstə insanlar adətən, sağlam qidaya üstünlük verirlər. Onlar daim təmiz, steril qida və içki axtarışındadırlar. Siqaret çəkmir, spirtli içki içmirlər. Hər gün yeni bir şey kəşf edib, ləzzətli yeməklərdən sağlamlıq xatirinə imtina edirlər. Amma yenə də sağlam deyillər ki, deyillər. Yadda saxlayın, özünün qeydinə qalan insanlar ruhən xəstədirlər. Bu, qəribə ehtirasdır. Həyatları solğun olan bu şəxslər "Allah, məni ölməyə qoyma, çünki hələ yaşamamışam" deyə düşünürlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00