Uşaq qaranlıqdan qorxmasın deyə... maşının baqajında saxlayırlar

Pensilvaniya ştatından olan cütlük oğullarının qaranlıq qorxusunu onu maşının baqajında saxlamaqla "müalicə" etməyə çalışıblar. "Reuters"in xəbərinə görə, Lenxart soyadlı ailə uşaqlarını konfetlə şirnikləndirərək maşının baqajına qoyublar. Bu hadisə düz 3 dəfə, attraksion parkına gedərkən baş verib.

Lenxartların bu tərbiyəvi üsulları barədə polisə niktofobiyadan əziyyət çəkən oğlanın böyük qardaşı məlumat verib. Bundan sonra ailənin himayəsində olan uşaqları baxmaları üçün yaxın qohumlarına veriblər. Valideynlərə qarşı isə uşağın həyatını təhlükə altında qoyduğu üçün cinayət işi açılıb.

Məhkəmədə Cefri və Daniyel Lenxart bildiriblər ki, uşaqlarına baqajda qorxmaması üçün əl fənəri veriblər və evdən parka qədər məsafə də 15 kilometr təşkil edibmiş. Valideynlər etdiklərindən peşman olduqlarını bildiriblər. Hakim onların psixoterapiya kurslarına getmələri barədə qərar verib və 2 il şərti azadlıqdan məhrum etmə ilə cəzalandırıb. Yaxın günlərdə hər iki uşaq valideynlərinin yanına qaytarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00