Amerikada da ölüləri diriltməyə söz verənlər var

Amerikanın Bioquark şirkəti beyin ölümü baş tutan xəstələr üzərində təcrübə aparmaq üçün əlaqədar qurumlardan etik icazə alıb.İcazədən sonra şirkət 20 nəfər üzərində təcrübə apararaq bu insanların mərkəzi sinir sistemlərini həyata qaytaracaq.
"Habertürk"ün xəbərinə görə, təcrübə zamanı xəstələrin beyin funksiyalarını yenidən hərəkətə gətirmək üçün bir çox fərqli üsuldan istifadə olunacaq. Alimlər hesab edir ki, təcrübə zamanı istifadə edəcəkləri kök hüceyrələr insan beynindəki keçmişi silə biləcək və hüceyrələrdə yer alan məlumatların əsasında yeni bir həyat başlaya bilər. Bioquark şirkətinin rəhbəri İra Pastor deyib ki, təcrübədə ilk iki-üç həftədə pozitiv nəticə almağı gözləyirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00