“Müsabiqəylə işə qəbul olunanların 90 faizi gənc müəllimlərdir”

"Müəllimlərin işə qəbulu üzrə müsabiqələrin nəticəsində işə qəbul olunanların 90 faizi gənc müəllimlərdir". 

Bunu təhsil naziri Ceyhun Bayramov deyib. 

Nazir bildirib ki, əvvəllər olduğu kimi bu il də müəllimlərin işə qəbulu üzrə müsabiqə bir neçə mərhələdə keçiriləcək: "İlk olaraq sistem daxilində olan, ailə vəziyyəti, yaxud da yaşayış yerini dəyişən müəllimlər vakant yerləri seçərək müsabiqədə iştirak etmək hüququ qazanırlar. Biz bunu iyun ayında keçiririk. Düşünürəm ki, bu il də həmin müsabiqə iyun ayında baş tutacaq". 

C. Bayramov qeyd edib ki, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə ilə bağlı dəyişikliklərin olması nəzərdə tutulmayıb.

Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31