Bakıdan Tiflisə 100 ilin yürüşü olacaq - Dəvət
4 May 2018 13:43 Sosial"Gənclər Klubu" İctimai Birliyi Cümhuriyyətin 100 illiyini onun elan olunduğu Tiflisdə qeyd edəcək.
Republika Günü münasibəti ilə Gürcüstanın paytaxtında bayram yürüşü təşkil ediləcək. İB-dən bildirilib ki, mayın 27-də səhər Bakıdan Tiflisə nümayəndə heyəti yola düşəcək və 29-da geri dönəcək. Bu heyətin tərkibinə fəal gənclər, tələbələr, ziyalılar və mətbuat nümayəndələri daxil olacaq. Mayın 28-də Tiflisin mərkəzindən ("Azadlıq" meydanı) Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu binaya bayram yürüşü olacaq. Tədbirdə iştirak hər kəs üçün açıqdır.
Ümumilikdə, gediş, dönüş, 2 gün hosteldə qalmaq, 28 May bayram şam yeməyi və AXC-nin 100 illiyinə həsr olunmuş köynək üçün cəmi 90 manat tələb olunur.
Tədbirdə iştirak etmək istəyənlər üçün müraciətin son tarixi 15 maydır.
Qaynarinfo.az