Bakıda qeyri-adi canlı peyda oldu – FOTO
4 May 2018 13:14 SosialBakının Məhəmmədi kəndində görməyə alışmadığımız quş növü aşkarlanıb.
Uzun boğazına rəğmən kiçik bədən ölçüsü, uzun ayaqları və iri caynaqları ilə görənləri təəccübləndirən bu quş kənd sakinlərindən birinin həyətində peyda olub.
Araşdırmamız zamanı bu canlının Azərbaycanda cəmi 1 növü olan kiçik danquşcuq olduğu məlum olub.
Qanadının biri qırıq olan kiçik danquşcuq ona yardım etmək istəyən sakinlərdən birinin əlinə xəsarət yetirib.
Özünü müdafiə etmək üçün uzun boğazını irəli uzadaraq iti dimdiyindən istifadə edən həmin quşun fotolarını təqdim edirik:
:


Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31