Əlilliyi olan şəxslər üçün əmək yarmarkası keçiriləcək

Mayın 5-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı (ƏTİ), BakuBus MMC və UNEC-in birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün Park İnn Bakı otelində əmək yarmarkası keçiriləcək. 

"OLAYLAR" xəbər verir ki, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi yarmarkanın keçirilməsində məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsidir. 

Əmək yarmarkasında iş axtaran bütün əlilliyi olan gənclər, ali təhsil ocaqlarının da əlilliyi olan tələbə, magistr və məzunları iştirak edə bilər.

Qeyd edək ki, Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə əmək yarmarkasında Milli Şuranın üzvü olan fiziki qusurlu gənclərlə işləyən gənclər təşkilatları iştirak edəcək və öz imkan və xidmətlərini gənclərə təqdim edəcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31