Əks yola çıxan “KamAZ” sürücüsü ərəbləri təəccübləndirdi - VİDEO
4 May 2018 10:51 SosialBakı-Şamaxı yolunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan "KamAZ" markalı maşının sürücüsünün görüntüləri yayılıb.
Avtosfer.az xəbər verir ki, həmin yolda hərəkətdə olan 19-BD-716 qeydiyyat nişanlı "KamAZ"ın sürücüsü yolun hərəkət hissəsinin mərkəzi ilə tam olaraq əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib.
Videodan aydın görünür ki, qayda pozan sürücü qarşıdan gələn sürücülərə təhlükəli vəziyyət yaradıb.
Qeyd edək ki, "KamAZ" sürücüsünün bu hərəkəti digər avtomobildəki ərəb turistlər tərəfindən təəccüblə qarşılanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00