Benzinin qiyməti 20 faiz artıb
13 Yanvar 2018 19:44 Sosial2017-ci ilin avqustundan 2018-ci il yanvarın ortalarına qədər Ukraynada benzinin qiyməti 4-5 qriven bahalaşıb ki, bu da rekord göstəricidir.
"Azərtac" xəbər verir ki, hazırda Ukraynada bir çox şirkətlərə məxsus yanacaqdoldurma məntəqələrində A-92 markalı benzin 30,95, A-95 - 31,95, A-95 "Premium"-32,95 və dizel yanacağı 29,45 qrivenə satılır (1 dollar 28,45 qrivendir).
Ekspertlər Ukraynada benzinin qiymətinin yay aylarına qədər yenə artacağını proqnozlaşdırırlar.
Yanvarın sonuna qədər isə yanacağın qiymətinin daha 1-1,5 qriven artacağı qeyd edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31