Daşkənd hava limanında təyyarə uçuşları ləğv olunub
7 Yanvar 2018 06:30 SosialDaşkənd hava limanında qatı duman səbəbindən təyyarə uçuşları ləğv olunub.
"Ölkə.Az" xəbər verir ki, bu barədə "Özbəkistan Hava Yolları" milli aviaşirkəti məlumat yayıb. Verilən məlumata görə, Daşkənd aeroportu əlverişsiz hava şəraiti səbəbindən hava gəmilərinin qəbulu üçün bağlıdır.
Hava limanı ərazisində qatı duman var, görmə məsafəsi minimuma enib. Beynəlxalq qaydalara əsasən, hava gəmilərinin bu şəraitdə enişi qadağandır", - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, hadisə nəticəsində Daşkəndən Moskvaya, Bişkekə, İstanbula və Sankt-Peterburqa uçmalı olan təyyarə reysləri təxirə salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31