Marketlərdə satılan xiyar turşularından həm ləzzəti ilə həmdə qiyməti ilə fərqlənən xiyar turşusu hazırlamaq istəyirsinizsə buyrun reseptimizi yoxlayın. Saytımızda paylaşılan bütün reseptlər sınanmış reseptlərdi və əminliklə reseptlərimizdən istifadə edə bilərsiniz. Həmçinin saytımızın youtube kanalıda var burda paylaşılan reseptləri orda video şəklində izləyə bilərsiniz
2. Şüyüt çətiri
3. Cəfəri
4. Dəfnə yarpağı
5. Acı istiot
6. Qara yumru istiot
7. İri duz
9. Uksus
10. Sarımsaq
Bişirmə ardıcıllığı
2. 1 kiloluq bankaya 1 ədəd acı bibər, 2 diş sarımsaq, 2 ədəd dəfnə yqrpağı, 2-3 tel cəfəri, 2-3 çubuq şüyüt çətiri, 5-6 ədəd qara yumru istiot əlavə edib üzərinə xiyarları sıx-sıx yığırıq. Xiyarın üzərindən isə 1ç. qaşığı iri duz əlavə edirik. Bütün bankaları bu qayda ilə hazırlayırıq
3. Hazır bankaların üzərinə qaynayan su töküb qapağını yüngülcə bağlayırıq. Bankaları 10 dəqiqə gözlədirik ki, istilik xiyarın içərisinə keçsin
4. Qazanda ocağa su qoyuruq su isti olanda qayanar su əlavə etdiyim bankaları qazana yerləşdiririk
5. Su qaynamağa başladıqdan etibarən 8-10 dəqiqə qaynadıb ocaq götürürük
6. Bankaların qapaqlarını açıb hər bankaya 1 ç. qaşığı uksus əlavə edib bankaların qapaqlarını sıx bağlayıb tərs çevirib yoxlayırıq.