Məktəb direktorundan xəbər var

   

    418


Xaçmazın Arzu kənd məktəbinin direktoru, 62 yaşlı Gülfəz Alxasovun ailəsi və yaşadığı qonşu Suxtəkələ kəndinin sakinləri ciddi narahatçılıq və gərginlik içərisindədirlər.
Bu barədə "KanalEF"-ə kənd sakinləri və direktorun ailə üzvləri həyəcanla bildiriblər. Direktorun oğlu Elşən Alxasov deyir ki, atam heç vaxt belə namussuzluq edə bilməz: "Bu , 46 illik stajı olan pedaqoqa qarşı əvvəldən təşkil edilmiş məqsədyönlü oyundur və atamı guya 12 yaşlı qızcığaza qarşı nalayiq hərəkət etməkdə günahlandıraraq şərləyiblər".
Oğlu bütün bunların şər və böhtan olduğunu dedi və bildirdi ki, Arzu kənd məktəbində atasının qonşu kənddən gəlib işləməsini bəzi qüvvələr istəmir: "Bu oyunu qurub bizi biabır edirlər".
Elşən Alxasov bildirdi ki, atası cavan oğlunu qəzada itirib: "Müəllim olan qardaşı Elşadın ölümü atamın ürəyinə onsuz da dağ çəkib, üstəlik indi ona vurulan bu namussuzluq damğası atama qarşı əməlli-başlı şantaj toplusudur".

4

5

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00