Dini icmaların layihələri maliyyələşdirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) layihələri maliyyələşdirilmiş dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə. tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dövlətin dinə göstərdiyi diqqət və qayğının təməlinin Ümummili Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini iştirakçıların nəzərinə çatdırıb.
31 Oktyabr 2017 14:49 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) layihələri maliyyələşdirilmiş dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib. "OLAYLAR"-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə. tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dövlətin dinə göstərdiyi diqqət və qayğının təməlinin Ümummili Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini iştirakçıların nəzərinə çatdırıb. Səyyad Salahlı mütəmadi olaraq bu cür layihələrə dövlətin birbaşa dəstəyinin din sahəsinə olan diqqətin bariz nümunəsi olduğunu vurğulayıb. Dini icma sədrləri çıxış edərək dindarlar üçün yaradılmış hüquqi-mənəvi şəraitə, mövcud ictimai-siyasi sabitliyə görə Prezident İlham Əliyevə səmimi minnətdarlıq hisslərini ifadə ediblər.