İqtisad Universitetində "İslam Həmrəyliyi İli"nə həsr olunan görüş

Oktyabrın 25-də Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin “Heydər Əliyev Mərkəzi”ndə "İslam Həmrəyliyi İli"nə həsr olunan tədbir keçirilib. Olaylar bildirir ki, Universitetin İnzibati və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov yerli və xarici tələbələrin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açaraq, qonaqları təqdim edib. Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov çıxışında Fondun fəaliyyəti haqqında geniş məlumat verərək, "İslam Həmrəyliyi İli" çərçivəsində gerçəkləşən layihələrdən danışıb.

Oktyabrın 25-də Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin "Heydər Əliyev Mərkəzi"ndə "İslam Həmrəyliyi İli"nə həsr olunan tədbir keçirilib.

Olaylar bildirir ki, Universitetin İnzibati və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov yerli və xarici tələbələrin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açaraq, qonaqları təqdim edib. Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov çıxışında Fondun fəaliyyəti haqqında geniş məlumat verərək, "İslam Həmrəyliyi İli" çərçivəsində gerçəkləşən layihələrdən danışıb.

Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli "Azərbaycanın dövlət siyasətinin prioritetləri və İslam həmrəyliyini şərtləndirən amillər" mövzusunda mühazirə söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31