Azərbaycanla bağlı kitablar Qırğızıstanda elektron versiyada
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəsmi saytı olan turktoday.info saytında adıçəkilən qurumun nəşr etdirdiyi kitabların elektron versiyası yerləşdirilib. Bu barədə məlumatı “OLAYLAR”-a fondun prezidenti Nüsrət Məmmədov verib.
22 Sentyabr 2016 15:24 SosialTürkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəsmi saytı olan turktoday.info saytında adıçəkilən qurumun nəşr etdirdiyi kitabların elektron versiyası yerləşdirilib. Bu barədə məlumatı "OLAYLAR"-a fondun prezidenti Nüsrət Məmmədov verib. O, bildirib ki, ilkin mərhələdə sayta fondun şəxsi hesabına rus və qırğız dillərinə tərcümə edilmiş "İlham Əliyev-Azərbaycanın yeni milli lideri", Bəxtiyar Vahabzadənin "Gülüstan", Gültəkin Nəcəflinin "Azərbaycan XVIII-XIX əsrlərdə", Mir Cəlalın iki cildliyi və Nizami Gəncəviyə həsr edilmiş toplu yerləşdirilib. Sonrakı mərhələdə fondun nəşr etdirdiyi digər kitablarla da oxucular saytda elektron versiya vasitəsilə tanış ola biləcək.