Belarusla hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olması və dövlət başçıları arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratması məmnunluqla qeyd olunub. Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı münasibətlərin güclənməsinə xidmət edən fəaliyyətlərin müzakirə olunduğu görüşdə dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb. Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi təhsil və hərbi texniki sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu deyən Müdafiə naziri görüşün önəmini vurğulayaraq bunun ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib. Əlaqələrin inkişafından məmnunluğunu ifadə edən Təhlükəsizlik Şurasının dövlət katibi Belarusun Azərbaycan ilə münasibətlərin genişləndirilməsi, o cümlədən hərbi sahədə mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində perspektivlərin olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31