Vitse-prezidentlik institutunun tətbiqi
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi İsa Həbibbəyli hesab edir ki, Azərbaycan cəmiyyəti ölkəmizin Konstitusiyasına dair Referendum Aktını zamanın sifarişi kimi qəbul etmişdir.
22 Sentyabr 2016 15:11 SosialDövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə öz töhfələrini verəcək
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi İsa Həbibbəyli hesab edir ki, Azərbaycan cəmiyyəti ölkəmizin Konstitusiyasına dair Referendum Aktını zamanın sifarişi kimi qəbul etmişdir. Çünki Azərbaycanda müstəqil dövlətçiliyin sürətlə və hərtərəfli şəkildə inkişaf etməsi, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda, dünya birliyində gedən müasir proseslər dövlət idarəetməsi istiqamətində və cəmiyyət həyatında daim yeni islahatları meydana çıxarır: "Azərbaycan müstəqillik dövründə cəmiyyətin inkişafından doğan, zamanın sifarişi kimi meydana çıxan çağırışların işığında məqsədyönlü şəkildə keçirilən ardıcıl və geniş miqyaslı islahatların sayəsində irəli gedərək, bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatmışdır. Daha dəqiq desək, inkişafın hər yeni mərhələsi növbəti islahatlara tələbatları doğurmuş və həmin islahatların həyata keçirilməsi də öz növbəsində böyük inkişafa təkan vermişdir. Hazırda ölkəmizdə bundan sonrakı dövrün daha dinamik yüksəlişini təmin etmək, dövlət müstəqilliyini möhkəmləndirmək, siyasi sistemi təkmilləşdirmək üçün zaman növbəti islahatların sifarişini irəli sürür. Möhtərəm Prezidentimiz İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsini geniş miqyasda cəmiyyətin müzakirəsinə təqdim etməsi respublikamızda bundan sonrakı tarixi epoxada daha möhkəm dövlətçiliyə və cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurətindən irəli gəlmişdir. Dövlət başçısı tərəfindən irəli sürülmüş düşünülmüş dəyişikliklər Azərbaycanda müstəqil dövlətçiliyin 25 ili ərzində əldə olunmuş nailiyyətlərin inkişaf etdirilərək daha da möhkəmləndirilməsinə, bütün sahələr üzrə mühüm nailiyyətlərin və yeniləşmələrin əldə edilməsinə yol açır". Onun sözlərinə görə, təklif edilən dəyişikliklər respublikamızda dövlət müstəqilliyinin 25 il ərzində keçilmiş inkişaf yolunun dərslərindən çıxarılan mühüm nəticələrdir. Müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilərək möhkəmləndirilməsində ölkəmizin hər bir vətəndaşı maraqlı olduğu üçün Konstitusiyaya təklif edilən dəyişikliklər bütövlükdə xalqımızın milli maraqlarını və dövlətçilik ideallarını ifadə edir: " Ölkə Prezidenti İlham Əliyevin irəli sürdüyü "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarında deyildiyi kimi, təklif olunan dəyişikliklər ölkəmizin ümumxalq səsverməsi ilə qəbul olunmuş Baş Qanunnaməsinin - Konstitusiyamızın tələblərinə və prinsiplərinə tamamilə uyğundur. Bu, eyni zamanda, tarixə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə daxil olmuş Konstitusiyamızın cəmiyyətdə baş verən proseslərə açıq olduğunu və mövcud reallıqlardan doğan dəyişikliklərlə zənginləşdiyini bir daha nümayiş etdirir". Millət vəkili bildirib ki, möhkəm və güclü orduya malik olmaq dövlət üçün çox əhəmiyyətli məsələdir. Dövlətçilikdə xüsusi çəkiyə malik olan, ölkənin müdafiəsini və təhlükəsizliyini təmin edən Silahlı Qüvvələrin idarə olunmasına dair Referendum Aktında təklif edilən dəyişikliklər bu ciddi və məsuliyyətli sahədə vahid komandanlıq sisteminin formalaşdırılması üçün zəruridir: "Azərbaycan ordusunun və ölkəmizdə mövcud olan başqa silahlı birləşmələrin hamısının vahid qaydada Ali Baş Komandana tabe olması, eyni mərkəzdən idarə olunması, hər şeydən əvvəl, dövlət idarəçiliyinin bir daha möhkəmləndirilməsi deməkdir. Bu, eyni zamanda, ordu quruculuğu sahəsində növbəti islahatdır. Heç şübhəsiz, Referendum Aktının tələbinə uyğun olaraq təklif olunan dəyişiklik əsasında "başqa silahlı birləşmələr", yəni Azərbaycan Respublikasının Milli Ordusu ilə yanaşı, ayrı-ayrı nazirliklərin tabeliklərində olan sahələr üzrə ordu birləşmələri də tabeçilik və idarəetmənin möhkəmləndirilməsi üzrə öz fəaliyyətlərini daha da təkmilləşdirəcək. İllərdən bəri davam edən müharibə şəraitində olan Azərbaycan üçün ordu quruculuğunda belə bir islahat son dərəcə əhəmiyyətlidir. Bundan başqa, son vaxtların dünya hadisələrinin təcrübəsi də müxtəlif nazirliklərin tabeliyində fəaliyyət göstərən ordu birləşmələrinin dövlət başçısının - Ali Baş Komandanın əmr və göstərişlərinə tabe edilməsinin zəruri olmasının əhəmiyyətini bir daha təsdiq edir". İ.Həbibəylinini sözlərinə görə, əslində Azərbaycanda dövlət idarəçiliyi baxımından Prezident üsuli-idarəsi yolu müəyyən olunmuşdur: "Azərbaycan Respublikası Baş Nazirinin və Milli Məclisin fəaliyyətinin təkminləşdirilməsinə dair Referendum Aktı layihəsində əksini tapmış dəyişikliklər öz məntiqi etibarilə Konstitusiyada edilməsi nəzərdə tutulan yeniləşmələrlə tamamilə uyğundur. Zəruri hallarda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar Konstitusiyaya daxil edilməsi nəzərdə tutulan dəyişikliklər ölkəmizdə cəmiyyət həyatında baş verən proseslərdə hüquqi dövlət quruculuğunun təmin edilməsinə şərait yaradan müddəalardır. Nazirlər Kabinetində və Milli Məclisin təşkilindəki yeniliklər geniş mənada dövlət idarəçiliyinin də yeniləşdirilməsi tələbini meydana çıxarır. Bunlar dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən, Azərbaycan Respublikasında ölkədə möhkəm sabitliyi və hərtərəfli böyük inkişafı təmin etmək mənasında özünü tam da isbat etmiş Prezident üsul-idarəsinin daha da möhkəmləndirilməsinə, hakimiyyətin ayrı-ayrı qollarının işinə dövlət rəhbərliyinin gücləndirilməsinə zərurət yaradır. Bu, Prezidentlik institutunun, hakimiyyətin müxtəlif qollarının dövlət və xalq qarşısında məsuliyyətinin daha da artırılmasına təsiri və nəzarətini genişləndirməyə imkan yaradacaq. Nəticədə müstəqil dövlətçilik geniş işlək mexanizmi və möhkəm nəzarət imkanları olan bir sistemə çevriləcək. Bu, yeni, genişləndirililmiş dövlət idarəçilik sistemi təbii olaraq həmin böyük spektrdə idarəetməni məqsədyönlü şəkildə təmin etmək üçün Prezident üsul-idarəsində də yeni strukturların yaradılması zərurətini meydana qoyur: "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktında Konstitusiyanın 103, 105, 106, 108, 110-cu maddələrində ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq öz əksini tapmış vitse-prezidentlik istitutuna dair müddəalar tamamilə yenidir və nəticə etibarilə Prezident İdarəetməsi İnstitutunun daha da inkişaf etdirilməsinə xidmət edir. Prezident hakimiyyətinə əsaslanan idarəetmə sistemində Referendum Aktının müddəalarına əsasən Birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin müəyyənləşdirilməsi qəbul olunmuş idarəçilik sisteminin normal fəaliyyətinin təmin edilməsinə öz töhfəsini verəcək. Fikrimizcə, vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda həm də artıq inkişaf etmiş müstəqil bir dövlətin formalaşdığını göstərən əhəmiyyətli bir faktdır. Məhz inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin və yeniləşmiş Azərbaycan cəmiyyətinin bütün istiqamətlər üzrə daha da irəli getməsi üçün ölkə Prezidentinin tabeçiliyində vitse-prezidentlərin fəaliyyət göstərməsi dövlət rəhbərinin həyata keçirdiyi geniş miqyaslı islahatların, dövlət başçısının rəhbərliyi ilə icra olunan möhtəşəm proqramların yerinə yetirilməsinə icra məsuliyyətini artırar, beynəlxalq əməkdaşlıq sahəsindəki çoxcəhətli fəaliyyətə təkan verə bilər. Bu mənada vitse-prezidentlik institutunun yaradılmasına dair Referendum Aktının təklif olunan müddəalarının qəbul edilməsi ölkəmizdə Konstitusiya islahatları səviyyəsində də ciddi bir addımdır. Dövlət idarəetmə sistemində ilk dəfə olaraq vitse-prezidentlik strukturunun formalaşdırılması Prezident İlham Əliyevin adı ilə bağlı olan tarixi xidmətdir. Nəinki müstəqillik dövründə, hətta Azərbaycan dövlətçiliyinin bütün tarixi ərzində vitse-prezident formatında yeni səlahiyyətlər ilk dəfədir ki, tətbiq olunur. Vitse-prezidentlik ölkə Prezidentinin hakim komandasının yeni strukturu kimi dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə öz töhfələrini verəcək".
Alim