Pilot hamilə qadının ölümünə səbəb olan ilkin rəy məlum oldu
Avqustun 30-da hamiləliyinin 36-cı həftəsində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızının ölümü ilə bağlı ilkin rəy açıqlanıb.
1 Sentyabr 2016 14:37 SosialAvqustun 30-da hamiləliyinin 36-cı həftəsində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızının ölümü ilə bağlı ilkin rəy açıqlanıb.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya BirliyindənTrend-ə verilən məlumata görə, ölümün dəqiq səbəbləri analizlərin cavabları əsasında iki həftədən sonra müəyyənləşəcək.
Mərkəzdən bildirilib ki, qadının meyidinin müayinəsi zamanı qarpızdan baş verən zəhərlənmənin əlamətləri müşahidə edilməyib.
Ölümə səbəb olan ilkin rəyə əsasən, D.Babayevanın ölümünə preeklampsiya xəstəliyi səbəb olub. Bu, hamilə qadınlarda rast gəlinən ağır ginekoloji xəstəlikdir.
Artıq ana ölümü faktı ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb və ölümün səbəbləri araşdırılır.
Qeyd edək ki, D.Babayeva zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına daxil edilib və orada dünyasını dəyişib. D.Babayevanın DSX-nın ilk qadın pilotu olduğu bildirilir.