BNİ “Avto FM”-lə bağlı məsələyə aydınlıq gətirdi
“Avto FM"-in yayım hüququ bütövlüklə Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibində fəaliyyət göstərən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) məxsusdur.
1 Sentyabr 2016 14:23 SosialYayım hüququ Agentliyin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə məxsusdur
"Avto FM"-in yayım hüququ bütövlüklə Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibində fəaliyyət göstərən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) məxsusdur. Qeyd olunmalıdır ki, "Avto FM" MMC ilə NİİM arasındakı müqaviləyə əsasən yayıma adıçəkilən şirkət çıxırdı". "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb. Məlumatda bildirilib ki, Azərabaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən 16 mart 2016-cı il tarixli Lisenziyalar və İcazələr Haqqında Qanuna Əlavələr Haqqında Sərəncam imzalanıb. Lisenziyalar və İcazələr Haqqında Azərbaycan Respublikasinin qanunun 5.4 bəndinə əsasən lisenziyanın sahibi lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Bunu əsas tutaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və "Avto FM" MMC arasında olan yayım müqaviləsinə bir ay əvvəl xəbərdarıq edilməklə 1 sentyabr 2016-cı il tarixindən xitam verilib. Bu gündən yayım Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilir. Rebrendinqdən sonra 107.7 FM tezliyində Avto Radio yayımlanmağa başlayıb. Avto Radionun əsas məqsədi Bakı şəhərində nəqliyyatın vəziyyəti haqqında yol hərəkəti iştirakçılarını operativ olaraq məlumatlandırmaq, sürücülərin hüquqi maarifənməsi üçün nəzərdə tutulan media məhsullar istehsal etməkdir.